Abşeronda yol qəzası - "Land Rover" yandı

13.06.2018 09:40

Abşeron rayonunda "Land Rover" və "Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə yanğın baş verib.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində "Land Rover” markalı avtomobilin yanar hissələri və ərazidə 100 m² sahədə quru ot yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR