Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

12.06.2018 12:55

İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini Aqşin Məmmədovun yaşadığı evin həyətindəki qarajdan çəkisi 305 qram marixuana aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər oğurluğa və narkotikə görə məhkum olunmuşlar - Natiq İsmayılov və Emin Hüseynov saxlanılıblar. Şəxsi axtarış zamanı N.İsmayılovdan 440 qram, E.Hüseynovdan isə 450 qram marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.

© xezerxeber.az


173 dəfə oxunub

ÇOX OXUNANLAR