Buzovnada oğurluq edən dəstə tutuldu

11.06.2018 14:03

Buzovna qəsəbəsində evlərdən oğurluq edən yeddi nəfərlik dəstə saxlanılıb..

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən 23 manat, 300 manat dəyərində qızıl boyunbağı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 7 qəsəbə sakini saxlanılıb.

© xezerxeber.az


346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR