Fermada narkotik bitki yetişdirən Sabirabad sakini saxlanılıb

11.06.2018 11:15

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR