Beyləqan sakini arvadını öldürüb

17.05.2018 17:12

Sumqayıtda qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.
R. Feyziyev saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

© xezerxeber.az


533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR