Biləsuvarda ŞOK HADİSƏ: şagird getdiyi yerdə qəfildən dünyasını dəyişdi

15.05.2018 18:31

Biləsuvar rayonu Amankənd kənd sakini 2006-ci il təvəllüdlü Əliyar Hüseynli bu gün vəfat edib.

Bu barədə Publika.az-a məlumat verən Ə.Hüseynlinin təhsil aldığı Dərvişli kənd tam orta məktəbinin direktoru Füzuli Məmmədov hadisənin dərsdən sonra baş verdiyini deyib:

"Əliyar Hüseynli qonşu kənddə yaşayır. Kəndlərimiz qonşudur, onlardan bəzi uşaqlar bizim məktəbdə təhsil alır. Uşaq epilepsiya xəstəsi olub. Bu gün dərsdən sonra evə gedəndə sudurğası tutub. Həmin vaxt şagirdlər və müəllimlər ilkin yardım edib, yaxınlıqdakı tibb məntəqəsinə aparılıb. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb”.

F.Məmmədov bildirib ki, Ə.Hüseynlinin bu vaxta qədər məktəbdə sudurğası tutmayıb:

"Uşağın xəstəliyi olduğunu bilirdik, lakin heç zaman məktəbdə qıcılolma baş verməmişdi. Hadisədən sonra rayon prokurorluğu və polis əməkdaşları məktəbdə oldu, ifadələr alındı. Uşağın meyiti ekspertiza ediləcək, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır”.

© xezerxeber.az


765 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR