Müəllimin direktoru döyməsi xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNDİ

15.05.2018 16:05

"Ağsu rayon Ləngəbiz kənd məktəbinin direktorunun müəllim tərəfindən döyülməsi tamamilə yalan məlumatdır. Düzdür, direktor xəstəxanaya yerləşdirilib. Lakin vəziyyət yazıldığı kimi deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında Ağsu rayon Təhsil Şöbəsinin müdiri Səftər Əliabbasov deyib.

O bildirib ki, hadisə toyda baş verib:

"Məktəbin direktoru Müşfiq Mirzəyev Şamaxı rayonunun Çöl Bağırlı kənd sakinidir. 2007-ci ildən Ləngəbiz kəndində direktor işləyir. Dünən direktor toyda olanda bir nəfər şüşə su qabını atıb, direktorun başına dəyib. Müşfiq müəllim də başından xəsarət alıb, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə saat 16-17 radələrində baş verib. Yəni dərs saatlarından sonra olub”.

Təhsil şöbəsinin müdiri bildirib ki, hazırda direktorun vəziyyəti normaldır:

"Mətbuatda direktorun vəziyyətinin ağır olduğu yazılıb. Lakin elə deyil. Bir neçə dəqiqə əvvəl özü ilə danışmışam. Bu gün və ya sabah evə buraxılacaq. Yaxın günlərdə isə işinin başında olacaq”.

***

Ağsu rayonunda müəllim məktəbin direktorunu döyüb.

Hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır. (report)

© xezerxeber.az


370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR