Bir gecədə doğuş zamanı 2 uşaq niyə öldü? - RƏSMİ AÇIQLAMA

15.05.2018 13:41

Səhiyyə Nazirliyi Sabirabad rayon Mərkəzi Xəstəxanasında iki körpənin ölümü ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya ölü döl ilə gətirilib.

Nazirlik rəsmisi qeyd edib ki, Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı isə xəstəxanaya gətirilən zaman uşağa göbək ciyəsinin 2-3 dəfə dolandığı məlum olub.

"Həkimlərin səylərinə baxmayaraq, körpə 5-6 dəqiqdən sonra tələf olub”.

S.Əhmədova qeyd edib ki, körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb: "Məsələ Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Körpələrin hansı səbəbdən öldüyü barədə məlumat veriləcək”./azvision.az

© xezerxeber.az


576 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR