Cəlilabadda iki minik maşını toqquşdu - Xəsarət alan var

13.05.2018 13:45

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2012-ci təvəllüdlü şəhər sakini Əhmədov Mədət Məzahir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


597 dəfə oxunub

ÇOX OXUNANLAR