Yakutiyada azyaşlı paltaryuyan maşının içində qaldı - Boğularaq öldü

13.05.2018 11:58

Yakutiyanın Suntar kəndində azyaşlı qız paltaryuyan maşının içində boğularaq ölüb.

Trend-in məlumatın görə, uşağın şaquli yükləməli "Feya" markalı paltaryuyan maşının içinə yıxılaraq öldüyü bildirilib.

Qeyd olunur ki, həmin zaman uşağın anası otağı tərk edib, körpə tək olub. Bir müddət sonra qayıdan ana artıq qızını paltaryuyan maşınının çənində ölmüş vəziyyətdə tapıb.

© xezerxeber.az


415 dəfə oxunub

ÇOX OXUNANLAR