Ağdaşda QƏTL: 17 yaşlı oğlan bacısı ilə görüşən tələbəni öldürdü

16.04.2018 17:15

Ağdaş şəhərində qətl törətməkdə təqsirli bilinən 17 yaşlı Tərlan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 14-də Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında 2000-ci il təvəllüdlü Ağdaş sakini Ətraf Nəsibov qətlə yetirilib. Məlum olub ki, Ətraf Nəsibovu həmyaşıdı olan Tərlan Hacıyev kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Qətlə yetirilən Ətraf Nəsibov hadisəni törədən Tərlan Hacıyevin bacısının arxasınca düşüb.

Daha sonra Ətraf Nəsibov Tərlan Hacıyevin 10-cu sinif şagirdi olan bacısı ilə görüşüb. Sonradan Ətraf Nəsibov qız barəsində xoşagəlməz fikirlər söyləyib.

Bundan xəbər tutan qızın qardaşı Tərlan Hacıyev Ətraf Nəsibovu söhbət etmək üçün çağırıb və onu bıçaqlayaraq öldürüb. Daha sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.

Dayısı məsələni bildikdə ona polisə təslim olmağı məsləhət görüb. Bununla razılaşmayan Tərlan Hacıyev dayısıgildən yaxınlıqdakı meşəyə qaçıb. Dayısı polisə məlumat verib, daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb və əraziyə gələn polis əməkdaşlarına təhvil verib.

Qətlə yetirilən Ətraf Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsi olub.

İstintaq orqanı tərəfindən Tərlan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmə baxışı aprelin 20-nə təyin edilib

© xezerxeber.az


2617 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR