Təyyarənin qəza enişi: 370-dən çox sərnişin həyəcanlı anlar yaşayıb

14.02.2018 11:58

ABŞ-ın "United Airlines” aviakompaniyasına məxsus təyyarə sağ mühərrikində yaranan vibrasiya səbəbindən Havay ştatında yerləşən Honolulu şəhərinin beynəlxalq aeroportuna qəza enişi edib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident "Boeing 777” təyyarəsinin San-Fransiskodan Honoluluya uçuşu zamanı baş verib. Təyyarə Sakit Okean üzərində uçan zaman mühərrikin üz örtüyü dağılıb. İllüminatora yaxın olan sərnişinlər həyəcanlı anları videoya çəkib və internetə yerləşdiriblər.

Hadisə zamanı təyyarədə 370-dən çox sərnişin və ekipaj üzvü olub. ABŞ Federal Aviasiya İdarəsinin məlumatına görə, Havay adasına qəza enişi uğurla nəticələnib.

© xezerxeber.az


398 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR