An-148-in göyərtəsində partlayış təyyarə yerə düşdükdən sonra baş verib

12.02.2018 17:23

Moskva ətrafındakı qəzaya uğrayan An-148-in göyərtəsində partlayış təyyarə yerə düşdükdən sonra baş verib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib. Onun sözlərinə görə, qəza anında təyyarədə yanğın olmayıb. Müstəntiqlər təyyarənin məxsus olduğu "Saratov hava yolları” aviaşirkətinin ofisində axtarış aparırlar. Onlar yanacaqdan nümunələr, dispetçerlərin və hava gəmisi komandirinin radio danışığının fayllarını, radarın göstəricilərinin elektron yazısını götürüblər. Məhkəmə-kriminalistik ekspertizalar təyin olunub.

Xatırladaq ki, Moskva-Orsk reysi üzrə uçuş həyata keçirən təyyarə Domodedova hava limanından qalxdıqdan 4 dəqiqə sonra radarlardan itib. Hadisə zamanı təyyarənin göyərtəsindəki 71 nəfər hamısı həlak olub.

Qəzanın mümkün səbəbləri sırasında əlverişsiz hava şəraiti, insan faktoru, laynerin texniki vəziyyəti və digər versiyalar nəzərdən keçirilir.

"Saratov hava yolları” aviaşirkəti An-148 təyyarəsinin qəzaya uğramasından sonra bu tip laynerlərin istismarını dayandırıb.

© xezerxeber.az


377 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR