"Kosmos" mehmanxanası yanır - Təxliyə aparılıb

12.02.2018 15:15

Moskvanın şimal-şərqində "Kosmos" mehmanxanasında baş vermiş yanğın lokallaşdırılıb. Trend-in məlumatına görə, bu barədə paytaxt Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Son məlumata görə, yanğın 20 kvadrat metr ərazini əhatə edib. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsi istiqamətində işi davam etdirirlər.

Yanğından dərhal sonra obyektdən 200-dən çox adam təxliyə edilib, xəsarət alanlar barədə məlumat verilməyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR