İnterpol bu azərbaycanlını axtarışa verdi

12.02.2018 14:56

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir. R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan isə istintaqdan yayınıb. Məhkəmə onun həbs olunması və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında R.Sadiqov barəsində beynəlxalq axtarış elan edib.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR