Polis pulqabı oğurlayan şəxsi tutdu

12.02.2018 14:48

Bakıda oğurluq etmiş şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də paytaxt sakini olan 1 qadının içərisində 223 manat, 20 ABŞ dolları, 5 lari, 4 lirə və kredit kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Hacıyev saxlanılıb.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR