“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar? - Bunları mütləq bilməlisiniz…

11.02.2018 11:25

Ìşinə məsuliyyətsizlik, insanların həm işdə həm də şəxsi həyatında ehtiyatı əldən verməyi, ani bir diqqətsizlik bəzən insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Dövlət və özəl müəssisələrdə işə götürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaratmaqla insanların təhükəsiz işləmələri təmin edillir (Bunu etməyərək, qanunun tələblərini pozanlar da yox deyil).

Lakin işdən kənar şəxsi həyatda biz öz təhlükəsizliyimizi qorumaq üçün zəruri olan qayda - qanunlara əməl etməliyik. Necə ki nəqliyyatın hərəkət etdiyi yolla piyada getmək, qoruyucu çəpəri olmayan təmir - tikinti gedən binanın altından keçmək, istifadə müddəti keçmiş qida məhsulunu yemək, yayda dənizə çimməyə spirtli içki qəbul edib getmək insan həyatı üçün təhlükəli ola bilər, eləcə də qaz qoxusu gələn otağın işığını yandırmaq çox təhlükəli olduğunu bilmək lazımdır.

XəzərXəbər xəbər verir ki, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar NurəliyevPressClub.Az-a deyir ki, yalnız işığı yandırmamaqla iş bitmir.

Açıq oddan istifadə etmək, elektrik cihazlarından hətta mobil telefondan istifadə etmək lazım deyil. Onun sözlərinə görə, qaz təhlükəsi hiss edilən zaman qapı-pəncərələri açmaq, cərəyanı ayırmaq, FHN-nin 112 qısa çağı mərkəzinə məlumat vermək, digər insanları bacardıqca məlumatlandırmaq lazımdır: "Unutmayın ani bir ehtiyatsızlıq sizin həyatınız üçün təhlükəli ola bilər".

Bəs dəm qazı nədir? Ondan necə qorunmaq lazımdır?

Ekspert izah edir ki, dəm qazı dadsız, rəngsiz və iysiz olduğundan onu hiss etmək olmur. Ancaq dəm qazından zəhərlənmənin əlamətləri vardır: "Ürəkbulanma, qusma, baş ağrısı, baş gicəllənməsi daha ağır formada olduqda qıcolma və hətta adam komaya düşə bilər. Dəm qazından zəhərlənən adama ilk tibbi yardım onu çölə təmiz havaya çıxarmaq, əynində sıxıcı paltar varsa, yavasını açmaq, alnına soyuq kompres qoymaq, arxası üstə uzatmaq, qollarını ovuşdurmaq əgər vəziyyəti ağırdırsa, süuru özündə deyilsə, süni nəfəs vermək və naşatır spirti qoxlatmaq lazımdır. İlk tibbi yardım göstərməklə bərabər təcili tibbi yardımı çağırmaq lazımdır".

Onun sözlərinə görə, dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Odunun yanmasından da dəm qazı yarana bilər: "Yanma düzgün getdikdə ayrılan dəm qazı karbon qazına çevrilərək boru vasitəsilə xaric olur. Yanmanın düzgün getməməsinə səbəb kustar üsulla düzəldilmiş qaz sobaları, onların borularında yaranan ara məsəfəsi, qırıq və çatlardır. Bunun üçün qaz sobalarını alarkən sertifikatlaşdırılmış sobaları almaq lazımdır. Evdə olan sobaların təmirə ehtiyac olub-olmadığını yoxlamaq, ildə azı iki dəfə boruları təmizləmək, ümumiyyətlə, evin havasını gündə üç dəfə dəyişmək, hamam otaqlarında nəfəsliyin olmasına diqqət etmək lazımdır".

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR