Şirvanda oğurluq edən şəxslər tutulub

09.02.2018 15:57

Şirvanda istehsalat müəssisəsindən və iaşə obyektindən oğurluq edilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Şirvan şəhərində yerləşən kafedən ümumi dəyəri 1200 manat olan texniki avadanlıq və ərzaq məhsullarını oğurlayan Şirvan şəhər sakinləri Emin Kərimov və Famil Bağırov saxlanılıblar.

İstehsalat müəssisəsindən birinə məxsus binanın zirzəmisindən ümumi dəyəri 900 manat olan texniki avadanlığı oğurlamaqda təqsirləndirilən şəhər sakini Qurbanxan Günəşov da saxlanılıb.

Hər iki faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

© xezerxeber.az


338 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR