Bakı, Bərdə və Salyanda yanğın

14.01.2018 17:01

Bakı, Bərdə və Salyanda yanğın hadisəsi qeydə alınıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 46 m2 olan 3 otaqlı mənzilin dəhlizində 2 m2 sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürlüb.

Bərdə rayonu, Güloğlular kəndində ümumi sahəsi 48 m2 olan avtomobil təmir sexinin tavanı 20 m2 və içərisində olan məişət tullantıları 0,5 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürlüb;

Bərdə rayonunda ümumi sahəsi 72 m2 olan 2 otaqlı tikilinin bir otağının tavanına çəkilmiş polietilen üzlük 8 m2 və arakəsmə divarı 1 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürlüb.

Salyan rayonu, Xələc kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürlüb.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR