Bakıda 60 yaşlı qadını boğub öldürdülər

13.01.2018 11:31

Bakıda qətl törədilib. Yanvarın 10-da Yasamal rayonu Qanlı göl qəsəbəsində həyət evində 1958-ci il təvəllüdlü Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Aparılan araşdırmalar zamanı qadının boğularaq öldürüldüyü üzə çıxıb və hadisəni törətmiş Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İbrahimov Cavad Məmmədkərim oğlu tutulub. Məlum olub ki, o, daha əvvəl də məhkumuq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Sputnik)

© xezerxeber.az


626 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR