Bakıda kürəkən qaynanasını döyüb

13.01.2018 10:49

Bakıda döyülmə hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Rusiyadan gəlmiş1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR