Azərbaycanlı kişi arvadının gəzdiyi 8 kişini bir-bir oğurlayıb… – DƏHŞƏTLİ CİNAYƏT

14.11.2017 14:25

Türkiyənin Dənizli şəhərində iki nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq işi böyük bir cinayətin üstünün açılmasına səbəb olub.

XəzərXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 18-dən itkin düşən iki dost – Murat Uğur Pınarbaşı və Soner Kızılırmakdan xəbər yoxdur. Polisin apardığı araşdırma nəticəsində hər iki şəxsin qaçırılmasında azərbaycanlı F.B.-nin əli olduğu bildirilib.

Belə ki, F.B. adlı Azərbaycan vətəndaşı həyat yoldaşının ona 8 kişi ilə xəyanət etdiyini eşidib. O bu xəbərdən "ölüm siyahısı” hazırlayıb. Arvadının münasibətdə olduğu şəxslərin siyahısını hazırlayan şəxs onları bir-bir qaçırtmağa çalışıb. O öz planına ilk növbədə məhz bu iki şəxsdən başlayıb.

Murat Uğur Pınarbaşı və Soner Kızılırmakın ailələri də qatıldıqları televiziya proqramında F.B-nin arvadı ilə gəzən hər kəsi öldürəcəyini deyiblər. Onlar övladlarının F.B tərəfindən öldürüldüyünü bildiriblər.

© xezerxeber.az


1115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR