Ermənistan ordusu öz hərbi hissəsini bombaladı: ölən və yaralananlar var

14.11.2017 12:15

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir./azvision.az

© xezerxeber.az


841 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR