Evi yanan 80 yaşlı qadın özünü 2-ci mərtəbədən atdı

14.11.2017 10:50

Quba rayonu Alpan kəndində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə zamanı 1937-ci il təvəllüdlü ev sahibəsi Balaqdaşova Xanım Əmibala qızı yanğın zamanı özünü evin ikinci mərtəbəsindən yerə atıb.

O, Quba rayon təcili tibbi yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb, xəstənin ayağının sındığı məlum olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR