Qubada 5 otaqlı ev yandı

14.11.2017 09:31

Qubada yanğın qeydə alınıb.

XəzərXəbər-in FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, Quba rayonunun Alpan kəndində ikimərtəbəli 5 otaqlı və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın, aynabəndinin yanar konstruksiyaları 33 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

© xezerxeber.az


50 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR