Tovuzda bədbəxt hadisə - 10 yaşlı uşağın biləkləri sındı

13.10.2017 15:35

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Xatınlı kəndində olub.

Kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərov Yasin Məqsəd oğlu oxuduğu məktəbin həyətində idman qurğusundan yıxılıb.

Hadisə nəticəsində Y.İsgəndərovun hər iki qolu bilək nahiyəsindən sınıb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

//trend

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR