Türkiyədə tanınmış güləşçini güllələdilər

11.10.2017 13:18

2016 Rio Olimpiya Oyunlarında kişilər arasında yunan-roma güləşi üzrə 98 kiloqramda bürünc medal qazanan Türkiyənin milli güləşçisi Cenk İldem güllələnib.

Güləşçi yolda digər avtomobilə yol verməyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və digər avtomobildə olan şəxslər onu iki ayağından güllələyib.

İdmançı dərhal xəstəxanaya aparılıb. Həyatı təhlükəsi yoxdur. Lakin həkimlər onun əməliyyat olunacağını bildirib.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR