Türkiyədə neft emalı zavodunda partlayış olub

11.10.2017 11:33

Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.

Partlayışdan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində iki nəfər ölüb.

Hazırda ərazidə xilasedicilər və yanğınsöndürənlər çalışır.

Xatırladaq ki, 2016-cı ilin fevralında da bu zavodda güclü yanğın olmuşdu.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR