Bakı-Quba yolunda yük maşını aşıb, sürücü ölüb

11.10.2017 09:44

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, sürücü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR