Hindistanda 300 şagird zəhərlənib

10.10.2017 16:03

Hindistanda şəkər zavodunda baş verən qaz sızması nəticəsində yaxınlıqdakı məktəbdə təhsil alan 300-ə yaxın uşaq zəhərlənib.
 
APA-nın NDTV kanalına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Uttar-Pradeş ştatındakı Şamli şəhərində yerləşən məktəbdə baş verib.
 
Ürək bulanması, baş gicəllənməsi və gözlərin göynəməsini hiss edən uşaqlar hospitallara yerləşdirilib.
 
Uşaqların 30-35-nin vəziyyətinin ağır olduğu bildirilir.
 
"Hindustan Times” qəzeti isə polisə istinadən yazıb ki, zavodda kimyəvi maddə sızıntısı baş verib.
 
Polisdən hadisə nəticəsində 100-ə yaxın uşağın xəsarət aldığını bildirib.

© xezerxeber.az


45 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR