Sumqayıtda ağır yol qəzası - ölən və yaralananlar var

10.10.2017 13:45

Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi "Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Qəzanın baş verməsi nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR