Güclü sel körpünü yuyub apardı - Astarada

10.10.2017 13:17

Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb.

Kənd sakinləri bildiriblər ki, bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Nəticədə digər yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edib.

Bu barədə aidiyyatı qurumlara məlumat verilib./apa

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR