Bakı-Şamaxı yolunda sürüşmə - Süxurlar yola töküldü

13.09.2017 14:20

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib.

XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb.

Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Ə.Qaralov əlavə edib ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də yenə də lokal tipli müəyyən çökmələr, torpaq uçqunları baş verib: "Bu yollardakı sürüşmə əraziləri yeni əmələ gəlməyib. Burada zaman-zaman həmişə sürüşmələr baş verir". (Trend)

© xezerxeber.az


48 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR