Üzüyü barmağından çıxara bilmədi - FHN işçilərini köməyə çağırdı

13.09.2017 11:16

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən qeyri-adi problem üçün kömək istənilib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın nazirliyə istinadən məlumatına görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat ötən gecə saat 01:24-də başa çatıb.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR