Ölkəyə gizli yolla gətirilən mobil telefonlar aşkar olunaraq götürülüb

13.09.2017 10:10

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, ön panelin içərisində 2 ədəd "Samsung Galaxy J5-6" və 2 ədəd "Samsung Galaxy Grand Prime+" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR