Balta ilə arvadını dəfələrlə vurdu, sonra BAŞINI KƏSDİ - Qubadakı DƏHŞƏTLİ OLAY MƏHKƏMƏDƏ

12.09.2017 14:35

Qubada qısqanclıq zəminində arvadını baltalayaraq öldürən Murad Ələsgərovun ibtidai istintaqı başa çatıb.

Quba rayon Prokurorluğu cinayət işi üzrə ibtidai istintaq araşdırmasını başa çatdırıb.

Cinayət işi üzrə material araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakimi Ənvər Seyidovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 14-ə təyin edilib.

İttihama görə, bu ilin mayında Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib.

Qısqanc ər daha sonra arvadının başını kəsib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib və qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib.

Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.

Qətl hadisəsi qısqanclıq zəminində baş verib./Publika.az

© xezerxeber.az


1070 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR