Azərbaycanda yol qırğını: 5 ölü, 25 yaralı

12.09.2017 10:27

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər vəfat edib. Lent.az xəbər verir ki, sentyabrın 11-də Respublika yollarında 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə daha 25 nəfər də xəsarət alıb.

Həftənin ilk günündə Sabirabad şəhərində avtobusun idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Lənkəran və Sumqayıtda isə minik avtomobillərinin toqquşması insan itkisi ilə nəticələnib. Bundan başqa Gəncə şəhərinin Kəpəz rayonunda avtomobilin vurduğu piyada da ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR