Mikroavtobusun aşması nəticəsində xəsarət alanlardan üçü Bakıya gətirilib

11.09.2017 15:15

Sabirabad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan on nəfərdən üçü vəziyyətləri ağır olduğu üçün Bakıya gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin şəxslər Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Digər yaralıların müalicəsi isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, sentyabrın 11-də səhər saatlarında Sabirabadda sərnişin mikroavtobusu rayon mərkəzinə gedən yolda aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR