Bakıda mənzildə meyit tapıldı

10.09.2017 10:13

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərXəbər-ə verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1961-ci il təvəllüdlü Həbibov İzzətulla Qəzənfər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:52-də başa çatıb.

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR