Bakıda mənzildən 50 min apardılar

12.08.2017 12:53

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Məmməd Əziz oğlu Məmmədov polisə ərizə ilə şikayət edərək evindən 49 min manat pul və 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.

Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR