Qaradağda GÜCLÜ YANĞIN - YENİLƏNDİ

10.08.2017 18:33

Fövqəladə Hallar Nazirliyi Qaradağdakı yanğınla bağlı yeni məlumat yayıb.

XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində 200 m² sahədə karton qutular və şüşə taralar yanıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın saat 17:57-də məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər görülür.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının söndürülməsi üçün işlər görülür.

Əlavə məlumat veriləcək.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR