Göygöldə AĞIR QƏZA: ölən və yaralananlar var

09.08.2017 18:07

Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər-in Apa-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. "Ford" markalı sərnişin daşıyan mikroavtobusla "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR