6 il ailə quracaqları günü gözlədilər: qulaq çöpündən istifadə münasibətlərini bitirdi

08.08.2017 16:35

İstanbulda mühasib Emrullah Ş.hələ 3 aylıq evli olduğu müəllim yoldaşı Hülya S.-nin qulaq çöpüyləqulaq pərdəsini deşdiyinibildirərək boşanma iddiası açıb.

Beykoz Ailə Məhkəməsində açılan iddialara görə, Emrullah Ş. (36) ilə Hülya Ş. (26) cütlüyü, 6 illik sevgidən sonra 10 ay əvvəl evləniblər. Ancaq bir müddət sonra cütlük arasında anlaşılmazlıqlar yaşanmağa başlayıb. Hülya S.-nin ona psixoloji olaraq şiddət tətbiq etdiyini deyən Emrullah Ş."Tez-tez mənə və ailəmə qarşı şifahi və mesaj yazaraq təhqir edirdi. Evdə dinclik qalmadı. Suyu açıq qoyub,məni zərərə saldı. Qulağımı təmizləyərkən qulaq çöpünü itələyib qulağımın içinə soxdu. Qulaq pərdəmi deşdi" deyərəkboşanma iddiası açıb.

Yoldaşının ona boşanma iddiası açdığını yaxınlarından öyrənən Hülya Ş. isə qarşı tərəfə iddia qaldıraraq 100 min lirə təzminat tələb edib. Hülya Ş."İddialar yalandır. Televzora da baxmıram" deyib. O"Hər dəfə hamamdan çıxandaəlində qulaq çöpü olardı. Qulağını təmizləyərkən vurmağa çalışdı. Bu zaman qulaq çöpü qulağına girdi. Mən heç nə etmədim" deyib./milli.az

© xezerxeber.az


3869 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR