Xəzər Xəbər

Bakıda qətl törədən şəxs tutuldu

Hadisə | 12:10 • 20 Noyabr 2018
Bakıda qətl törədən şəxs tutuldu

Noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.


Münaqişə zəminində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilərək saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti