Xəzər Xəbər

Daşkəsəndə dəhşətli yanğın: 5 nəfər ölüb, 4-ü uşaqdır

Hadisə | 09:30 • 14 Noyabr 2018
Daşkəsəndə dəhşətli yanğın:
Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.


Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti