Xəzər Xəbər

Sumqayıt və Şamaxı sakinlərindən silah-sursat götürülüb

Hadisə | 13:47 • 20 Oktyabr 2018
Sumqayıt və Şamaxı sakinlərindən silah-sursat götürülüb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


DİN-də XəzərXəbər-ə verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin "Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan "BUM” markalı ov tüfəngi götürülüb. Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş "Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib. Faktlarla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti