Xəzər Xəbər

Quyruqları bir-birinə dolaşan 5 sincab xilas edilib

Hadisə | 13:04 • 17 Sentyabr 2018
Quyruqları bir-birinə dolaşan 5 sincab xilas edilib
ABŞ-ın Viskonsin əyalətində plastik tullantılar və uzun otlar üzündən quyruqları bir-birinə dolaşdığından yuvalarından çıxa bilməyən, bu səbəbdən də hərəkətsiz qaldıqlarına görə qidalana bilməyən və ölüm təhlükəsilə üzləşən 5 sincab balası xilas edilib.


Sincablar yerli sakinlərdən biri tərəfindən bu vəziyyətdə aşkarlanaraq dərhal Viskonsin Təbii Həyat reabilitasiya mərkəzinə aparılıb. Mərkəzin veteranları sincab balalarına keyidici iynələr vuraraq onların üzərində 20 dəqiqəlik əməliyyat aparıb, quyruqlarının ayırıblar.


Əməliyyatdan sonra sincab balalarının vəziyyəti və qan dövranı yaxşılaşıb. Lakin dolaşmaya görə sadəcə quyruqlarındakı bəzi toxumalar zərər görüb. Sincablar bir neçə gün mərkəzdə həkimlərin nəzarəti altında saxlandıqdan sonra təbiətə buraxılacaqlar.



azvision.az


Xəbər lenti