Xəzər Xəbər

Bakıda ticarət mərkəzində iki qadına qarşı – Cinayət

Hadisə | 15:31 • 16 Sentyabr 2018
Bakıda ticarət mərkəzində iki qadına qarşı – Cinayət

Bakının Nərimanov rayonunda cinayət hadisəsi baş verib.

Rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlanıb.

18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Fərid Məmmədov saxlanılıb.

İstintaq müəyyən edib ki, Fərid Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb./publika.az

Xəbər lenti

Çox oxunanlar