Bakının Binəqədi rayonunda avtobus dayanacağı zəbt edilib.
Bakı
Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Mais Ağayev bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir
dayanacaq məntəqəsi Binəqədi şosesində, Rəsulzadə qəsəbəsində yerüstü
piyada keçidinin yaxınlığında yerləşir:
"2017-ci ilin sonlarına
qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi
hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı
piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər
ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər
yolun hərəkət hissəsinə çıxırlar".
BNA rəsmisinin sözlərinə
görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini
burada qanunsuz park edirlər ki, bu da təhlükəli vəziyyəti daha da
ağırlaşdırır: