Xəzər Xəbər

Gömrükdən psixotrop maddə keçirmək istədi

Hadisə | 11:37 • 17 Avqust 2018
Gömrükdən psixotrop maddə keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.


Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti